Kazım Kazımzadə, 118, Bakı, Yasamal.

Həftə içi hər gün: 9:00 - 18:00

“Uroginekologiyada son yeniliklər” mövzusunda konfrans keçirilmişdir

28 iyun 2019-cu il tarixində ETMGİ-də  “Uroginekologiyada son yeniliklər” mövzusunda  konfrans keçirilmişdir. Konfransda  Beyrut Amerika Universitetinin “Mamalıq və Ginekologiya” kafedrasının  professoru Tony Bazi “Uroginekoloji  problemləri olan xəstələrə yanaşma”,  “Sidik kisəsi aktivliyinin artması hallarının qeyri – farmakoloji müalicəsi”, ETMGİ-nin direktoru, t.e.d., prof. C.F.Qurbanova “Uroginekologiyanın Azərbaycanda inkişaf perspektivləri”,  ETMGİ-nin “Mamalıq” bölməsinin əməkdaşları A.A.Bədəlova “Kiçik çanaq orqanlarının xəstəliklərinin erkən diaqnostikası” və K.P.Adıgözəlova “Endokrin patologiyalar zamanı uroginekoloji xəstəliklərin təzahürü” mövzularında məruzələrlə çıxış etmişlər.