Kazım Kazımzadə, 118, Bakı, Yasamal.

Həftə içi hər gün: 9:00 - 18:00

“Uşaqlıq boynu patologiyalarının müalicəsində müasir yanaşma” mövzusunda beynəlxalq konfrans keçirilmişdir

26-27 noyabr 2019-cu il tarixində  “Ginekologiya və perinatologiyanın inkişafına dəstək”  ictimai birliyinin dəstəyi ilə “Uşaqlıq boynu patologiyalarının müalicəsində müasir yanaşma” mövzusunda  beynəlxalq konfrans keçirilmişdir. Konfransda Avropa Ginekoloji Onkologiya Cəmiyyətinin əməkdaşı prof. Pavel Knap “Uşaqlıq boynu xərçənginin diaqnostika və müalicəsində təklif olunmuş standartlar” mövzusunda, Rusiya Federasiyasının professoru S.İ.Roqovskaya “İnsan papilloma virusu: müasir yanaşma” mövzusunda məruzələrlə çıxış etmişlər.