Kazım Kazımzadə, 118, Bakı, Yasamal.

Həftə içi hər gün: 9:00 - 18:00

AGPA-nın yaranması və məqsədi

Ginekologiya və perinatologiyanın inkişafına kömək etmək məqsədilə, mamalıq və ginekologiya sahəsində yerli və beynəlxalq səviyyədə böyük uğurlara imza atmış, tibb elmləri doktoru, professor Cəmilə Qurbanova tərəfindən 6 dekabr 2012-ci ildə 50 nəfər üzv ilə “Ginekologiya ve Perinatologiyanın İnkişafına Dəstək” ictimai birliyi yaradılmışdır. Qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən assosiasiyanın yaradılmasında əsas məqsəd ginekologiya və perinatologiya sahələrində olan tədqiqatları daha da böyütmək, eləcə də Azərbaycanda ana və uşaq sağlamlığına dair hər hansı problemin həll olunması yollarını tapmaqda köməklik göstərməkdir. Yarandığı gündən bugünə qədər assosiasiyanın təşkilatçılarının və üzvlərinin gördüyü işlər müvafiq istiqamətlərdə olmuşdur:  müxtəlif mövzularda regional və beynəlxalq konfranslar təşkil etmək; həkimlər və rezidentlər üçün seminarlar təşkil etmək; respublikamızın müxtəlif regionlarında reproduktiv sağlamlıq ilə bağlı iclaslar təşkil etməkdir. İctimai birliyin qarşıya qoyduğu digər məsələ isə əhali arasında maariflənmənin aparılmasıdır. Məlumdur ki, hələ də bu və ya digər səbəblərdən həkim müayinəsindən kənarda qalan qadınlarımız çoxdur. Bəzi qadınlar yalnız kritik vəziyyətlərdə, ya da hamiləliyin sonuna yaxın bu haqda düşünür. Bundan başqa evdə doğuş halları da mövcuddur. Əhalinin müxtəlif üsullarla məlumatlandırılması, onların müayinəyə cəlb olunması respublikamızda sağlamlıq göstəricilərinin yüksəlməsinə kömək edəcəkdir. “Ginekologiya və Perinatologiyanın İnkişafına dəstək” ictimai birliyinin həyata keçirdiyi əsas uğurlardan biri də 06.11.2013-cü il tarixində “Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri” adlı jurnalın ilk sayının çapdan çıxmasıdır. Jurnalın hər il 4 nömrəsi çapdan çıxır. Bundan əlavə assosiasiyamız Beynəlxalq Mamalıq və Ginekologiya Federasiyasının (FİGO) üzvüdür. FİGO-ya üzvlüyün ictimai birliyin gələcək fəaliyyəti üçün çox böyük rolu vardır.

 

AGPA-nın tarixi

Ginekologiya və perinatologiyanın inkişafına kömək etmək məqsədilə, mamalıq və ginekologiya sahəsində yerli və beynəlxalq səviyyədə böyük uğurlara imza atmış, tibb elmləri doktoru, professor Cəmilə Qurbanova tərəfindən 6 dekabr 2012-ci ildə 50 nəfər üzv ilə “Ginekologiya ve Perinatologiyanın İnkişafına Dəstək” ictimai birliyi yaradılmışdır.

06.11.2013-cü il tarixdə “Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri” adlı jurnalın ilk sayı çapdan çıxdı. Jurnalın hər il 4 nömrəsi çapdan çıxır.

Bundan əlavə assosiasiyamız Beynəlxalq Mamalıq və Ginekologiya Federasiyasının (FİGO) üzvüdür. FİGO-ya üzvlüyün ictimai birliyin gələcək fəaliyyəti üçün çox böyük rolu vardır.

 

Beynəlxalq cəmiyyətlərdə üzvlük    

AGPA-“Ginekologiya ve Perinatologiyanın İnkişafına Dəstək” ictimai birliyi

Beynəlxalq Mamalıq və Ginekologiya Federasiyasının (FİGO) üzvüdür. FİGO-ya üzvlüyün ictimai birliyin gələcək fəaliyyəti üçün çox böyük rolu vardır.