.png)
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illik yubileyi qeyd olunur
Bu il Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illik yubileyi qeyd olunur. Hazırda Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan dövlətinin səhiyyə islahatlarnın həyata keçirilməsində iştirak edən ən qabaqcıl tibb müəssisələrindən biridir. Günü-gündən inkişaf edən respublikamızda ana və uşaqların sağlamlığının qorunması məsələsi dövlətimizin daim diqqət mərkəzində olmuşdur. 1985-ci ildə 6 saylı Doğum Evinin bazasında yaradılmış Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10 aprel 2013-cü il tarixli xüsusi Sərəncamına əsasən əsaslı təmir olunub və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə 2017-ci il martın 1-də institutun binasının əsaslı təmirdən sonra təntənəli açılışı həyata keçirilmişdir. İnstitut hazırda müasir müalicə və diaqnostika metodlarını tətbiq edən qabaqcıl tibb müəssisəsi olmaqla yanaşı, həm də inkişaf etmiş bir elm ocağıdır.
17 Sentyabr 2021-ci ildə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illik yubileyi münasibəti ilə beynəlxalq konfrans keçiriləcək. Konfransda yerli mütəxəssislərlə yanaşı Türkiyədən, Rusiyadan, Qazaxstandan, Özbəkistandan dəvət olunmuş mütəxəssislər tərəfindən mamalıq və ginekologiyanın müasir və aktual problemlərinə həsr edilmiş maraqlı mövzular səslənəcəkdir. Mən Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutunun yaradılmasının 35 illik yubileyi münasibətilə ölkəmizdə çalışan mama-ginekoloqları təbrik edirik və onları 17 Sentyabr 2021-ci ildə Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illik yubileyi münasibəti ilə təşkil edilmiş beynəlxalq konfransda iştirak etməyə dəvət edirik. Ümid edirik ki, hazırkı elmi konfransda təqdim edilən çıxışlar həkimlərin bilik və bacarıqlarının artırılmasına böyük töhfə olacaqdır.
Konfransda aşağıdakı link vasitəsilə iştirak edə bilərsiniz:
Topic: Mamalıq və Ginekologiya üzrə IV Beynəlxalq konqres
Time: Sep 17, 2021 01:00 PM Baku
Join Zoom Meeting
https://us02web.zoom.us/j/82336742158?pwd=dDR4bFpUTVkvOVlmTzVaK1U3VzcvUT09
Meeting ID: 823 3674 2158
Passcode: 393641
Son xəbərlər
-
Reproduktiv səhiyyə ilə bağlı görüşlər keçirilmişdir. 13.08.2013
-
Hiperprolaktinemiyanın müasir aspektləri konfransı təşkil edildi. 15.04.2013
-
SDGP dərnəyi qrant layihənin qalibi olmuşdur. 03.10.2013
-
SDGP “Müasir ginekologiyanın aktual problemləri” konfransı təşkil etdi. 23.12.2013
-
SDGP-nin rəsmi jurnalının ilk sayı nəşr olundu 07.11.2013
-
SDGP və Ukrayna mütəxəssisləri tərəfindən təşkil edilən elmi-praktik seminar keçirildi 09.01.2014
-
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illik yubileyi qeyd olunur 14.09.2021
-
"Hamiləliyin xolestazi” mövzüsunda növbəti konfrans reallaşmışdır 08.04.2014
-
“Endometrioz – XXI əsrin qadın xəstəliyi” adlı növbəti konfrans keçirilmişdir 14.05.2014
-
Assosiasiyanın üzvləri mama ginekoloqlar ilə treninqlər və əhali ilə görüşlər keçirilmişdir 19.08.2021