
Sağlam bir cəmiyyətin formalaşması üçün qadın sağlamlığının qorunması, ana-uşaq problemlərinin vaxtında həlli olduqca vacibdir. Azərbaycan dövlətinin ölkədə səhiyyənin inkişafı və əhalinin sağlamlığının qorunması üzrə həyata keçirdiyi islahatlarda ana və uşaq problemlərinin həlli ön sıralarda yer alır, bu sahədə çoxsaylı proqramlar hazırlanır. Ulu öndər , ümummilli lider, möhtərəm şəxsiyyət Heydər Əliyevin fəaliyyəti dövründə ana və uşaqların mühafizəsinə yönəldilmiş qayğı bu gün də yüksək səviyyədə həyata keçirilir. Hazırda Respublikamızda ana və uşaqların sağlamlığının qorunması, onların rifahı ilə bağlı ümummilli liderimiz Heydər Əliyev tərəfindən aparılan siyasəti onun layiqli varisi, möhtərəm İlham Əliyev cənabları davam etdirir. Onun rəhbərliyi ilə səhiyyənin bütün sahələrində yeni islahatlar aparılmış, tibbin bütün sahələrində olduğu kimi reproduktiv sağlamlıq sahəsində də müalicə və diaqnostik imkanlar genişləndirilmiş, tibbi kadrların daha keyfiyyətli hazırlanması məsələləri ön plana çıxarılmışdır.
Azərbaycan Respublikasının getdikcə inkişaf edən səhiyyə sistemində ana və uşaq sağlamlğının qorunması istiqamətində fəaliyyət göstərən əsas dövlət qurumlarından biri də Elmi Təqiqat Mamalq və Ginekologiya İnstitutudur. İnstitutda yüksək səviyyədə ixtisaslaşmış mütəxəssislər tərəfindən mamalıq və ginekologiyaya dair bütün müasir diaqnostika və müalicə proseduraları həyata keçirilir. Bununla yanaşı institutun əməkdaşları respublikanın şəhər və rayonlarında keyfiyyətli perinatal xidmətin həyata kəçirilməsində, ana ölümünün azaldılması məqsədi ilə həkimlər üçün klinik protokollar hazırlanmasında və onların yerlərdə icrasının təmin olunmasında yaxından iştirak edir. Qadınlara göstərilən xidmətin keyfiyyətinə nəzarət məqsədilə yerlərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu daima monitorinqlər aparır.
Ölkəmizdə mamalıq, ginekologiya və perinatologiyanın inkişafına kömək etmək məqsədilə, 6 dekabr 2012-ci ildə 50 nəfər üzv ilə “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” ictimai birliyi yaradılmışdır. Qeyri-hökümət təşkilatı kimi fəaliyyət göstərən assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda ana və uşaq sağlamlığına dair problemlərin həll olunmasına kömək etmək, ana və uşaq sağlamlığının qorunması istiqamətində olan problemlərin yaranma səbəblərini araşdırmaq, ginekologiya və perinatologiya sahələrində olan tədqiqatları daha da böyütmək olmuşdur. Elmi Təqiqat Mamalıq və Ginekologiya İnstitutu və “Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək” ictimai birliyinin təşəbbüsü və təşkilatçılığı ilə respublikamızda çoxsaylı regional və beynəlxalq konfranslar təşkil edilmiş, həkimlər və rezidentlər reproduktiv sağlamlıq ilə bağlı seminarlar, eləcə də əhalinin maariflənməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilmişdir.
Mamalq və Ginekologiya sahəsindəki mütəxəssislərin bilik və bacarıqlarını artırmaq üçün 06.11.2013-cü il tarixindən başlayaraq hazırkı vaxtadək “Müasir ginekologiya və perinatologiyanın aktual məsələləri” jurnalı çap edilir. «Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək» qeyri-hökumət təşkilatı 2014-cü ildən başlayaraq Beynəlxalq Mama-Ginekoloqlar Federasiyasının (FİGO) üzvüdür və federasiyanın idarə heyətinin seçilməsində səsvermə hüququna malikdir. Bu birliyin üzvü olmaqla assosiasiyamız mamalıq və ginekologiya sahəsində dünya elmində olan ən son yenilikləri, müalicə və profilaktika sahəsində olan aktual problemlərin həlli yollarını respublikamızdakı mütəxəssislərə çatdırır, hər zaman yeniliklərdən faydalanmağa çalışır.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu hər zaman öz fəaliyyətində dövlətimizin səhiyyə sistemində həyata keçiriyi uğurlu siyasətin və tədbirlər planının həyata keçirilməsinə dəstək olmağa çalşmış və bundan sonra da respublikamızda ana və uşaq sağlamlığının qorunması, mamalıq və ginekologiya elminin inkişafı üçün əlindən gələni əsirgəməyəcəkdir.
Son xəbərlər
-
Reproduktiv səhiyyə ilə bağlı görüşlər keçirilmişdir. 13.08.2013
-
Hiperprolaktinemiyanın müasir aspektləri konfransı təşkil edildi. 15.04.2013
-
SDGP dərnəyi qrant layihənin qalibi olmuşdur. 03.10.2013
-
SDGP “Müasir ginekologiyanın aktual problemləri” konfransı təşkil etdi. 23.12.2013
-
SDGP-nin rəsmi jurnalının ilk sayı nəşr olundu 07.11.2013
-
SDGP və Ukrayna mütəxəssisləri tərəfindən təşkil edilən elmi-praktik seminar keçirildi 09.01.2014
-
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun 35 illik yubileyi qeyd olunur 14.09.2021
-
"Hamiləliyin xolestazi” mövzüsunda növbəti konfrans reallaşmışdır 08.04.2014
-
“Endometrioz – XXI əsrin qadın xəstəliyi” adlı növbəti konfrans keçirilmişdir 14.05.2014
-
Assosiasiyanın üzvləri mama ginekoloqlar ilə treninqlər və əhali ilə görüşlər keçirilmişdir 19.08.2021